Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:13

Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə görüşüb


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Dimitris Avramupolos ilə görüşüb.

Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlərin daha da inkişafı, qeyri-neft sahəsi də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Dimitris Avramupolos Elmar Məmmədyarovu Yunanıstana səfərə dəvət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG