Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:03

Ermənistanda seçki təxirə salına bilər


Hücuma məruz qalmış Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan fevralın 18-nə təyin edilmiş seçkinin 2 həftə təxirə salınması ilə bağlı Konstitusiya məhkəməsinə müraciət etməyə hazırlaşır.
Bunu onun özü AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib.

Konstitusiyaya görə, namizədin seçkidə iştirakına maneə yaransa, seçki başqa vaxta keçirilə bilər.

Cümə axşamı Yerevanda “Milli müqəddarat birliyi” partiyasının sədri Paruyr Hayrikyana hücum edilib.
Nəticədə 63 yaşlı namizəd kürəyindən güllə yarası alıb,

Həkimlər dünən əməliyyat edilmiş siyasətçinin həyatına təhlükə olmadığını deyirlər.
XS
SM
MD
LG