Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

ABŞ-ın məxfi xidmətinin rəisi Marc Sullivan istefa verib


ABŞ-ın məxfi xidmətinin rəisi Marc Sullivan fevralın 1-də istefa verib.

Son illər onun idarəsində bir neçə böyük qalma-qal olub.

O kolumbiyadakı insidentə görə ötən il konqresmenlər qarşısında izahat verməli olub.
Kolumbiyanın Kartaxen şəhərində ABŞ prezidenti Barack Obamanın gəlişini gözləyən bir neçə məxfi agent fahişələrlə əyləndiklərinə görə, xidmətin 8 əməkdaşı işdən gənarlaşdırılıb.

2009-cu ildə isə Ağ evdəki rəsmi şam yeməyinə 2 kənar adam keçə bilib.

Bu xidmət prezident və onun ailəsini, habelə keçmiş prezidentləri qoruyur.
Həmçinin saxta ABŞ dolları və qiymətli kağızları bu xidmət ayırd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG