Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44
ABŞ-ın yeni Dövlət katibi John Kerrynin Konqresdə qapalı andiçmə mərasimi keçirilib.

O bu vəzifədə Obamanın 1-ci prezidentlik müddətində dövlət katibi olan Hillary Clintonu əvəz edib.

Mərasimi Ali Məhkəmənin üzvü Elena Kagan aparıb, Kerrynin and içdiyi müqəddəs Bibliya kitabını isə onun həyat yoldaşı tutub.
Kerrynin qızı ilə qardaşı da mərasimdə iştirak ediblər.

69 yaşlı Kerry Vyetnam müharibəsinin veteranı, bir qədər sonra isə Massaçusets ştatından senator olub.

Keçmiş Dövlət katibi Hillary Clinton bu günlərdə keçirilən dinləmələrdə, Benqazidəki ABŞ konsulluğuna edilmiş hücum zamanı təhlükəsizliyinin lazımınca təmin edilməməsinə görə məsuliyyəti üzərinə götürüb.

Həmin hücum zamanı ABŞ-ın Liviyadakı səfiri Christopher Stevens öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG