Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:54

NATO ABŞ-ın Ankaradakı səfirliyinə hücumu pisləyib


Dünən intiharçının özünü səfirliyin qarşısında partlatması nətixcəsində səfirliyin gözətçisi və intiharçı ölüb, bir neçə nəfər xəsarət alıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland partlayışın diplomatik korpusun nəzarət-buraxılış məntəqəsində törədildiyini deyir.

Türkiyənin baş naziri Racab Tayib Ardogan terrorçuluğa qarşı mübarizəni gücləndirməyə çağırıb.

O qeyd edib ki, bunun arxasında nATO və ABŞ-a qarşı çıxan radikal solçu, “İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi” nin üzvləri durur.

NATO bu yaxınlarda Türkiyənin Suriya ilə sərhəd bölgəsində “Patriot” hava hücumlarından müdafiə sistemləri yerləşdirib.

Amma Victoria Nuland hələlik hücumun bununla bağlı olduğunu göstərən əlamətlər aşkar edilmədiyini deyir.

2008-ci ildə İstanbuldakı ABŞ konsulluğunda törədilmiş partlayışda 6 nəfər ölmüşdü.
XS
SM
MD
LG