Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:06

Ramil Usubov Rasim Musayevi yeni vəzifəyə təyin etdi


-
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışmış polis general-mayoru Rasim Musayev DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bunu ANS-ə nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

Nazirin digər əmri ilə DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Möhübbət Hüseynov Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin olunub. Lənkəran şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Elxan Əliyev DİN-in sərəncamına götürülüb.

Bir müddət öncə Rasim Musayev öz xahişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən getmişdi.
XS
SM
MD
LG