Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:13

Prezident Sarayına Molotov kokteyli atılıb


Bu gün Misirin paytaxtı Qahirədə etiraz aksiyası iştirakçıları Prezident Sarayına qədər yaxınlaşaraq binanın yaxınlığına yanacaq dolu şüşələr – Molotv kokteyli və daş atıblar. Təhlükəsizlik qüvvələri havaya xəbərdarlıq atəşi açıb və su şırnaqları ilə aksiyaçıları ərazidən kənarlaşdırıblar.

Ən böyük toqquşmalar isə ölkənin liman şəhəri olan Port Saiddə baş verib. Aksiyada qisas çağırışları və prezidentin istefası şüarları səslənib.

Misirdə etiraz aksiyaları yanvarın əvvəlində prezident Hosni Mubarak-ın devrilməsi ilə nəticələnən inqilabın ikinci ildönümü günlərində başlayıb. Bir həftə əvvəl keçən il futbol stadionunda qanlı toqquşmalara görə tutulanların ölüm hökmü ilə cəzalandırılması isə etirazları daha da şiddətləndirib.

Bir bir neçə həftədə toqquşmalarda 60-a yaxın adam həlak olub.

Misirdə müxalifət indiki prezident Muhammad Morsi-ni ölkədə islam diktaturası yaratmaqda ittiham edib, demokratik islahatlar tələbilə aksiyalar keçirir. Prezidentin tərəfdarları ilə demokratiya fəalları arasında tez-tez qarşıdurma yaranır.

Günün bütün mövzuları

XS
SM
MD
LG