Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:14

Baş nazirə qarşı etirazlara on minlərlə adam qoşulub



İraqın Baş naziri Nuri al-Maliki əleyhinə bu gün etiraz aksiyalarına on minlərlə adam qoşulub. Falluca və Ramadi şəhərlərində keçirilən aksiyalarda ölkənin şərq əyalətlərinə gedən yollar bağlanıb.

Keçən həftə Fallucada keçirilən aksiyalarda 5 etirazçı və 2 əsgər həlak həlak olmuşdu.
Etirazlara əsasən sünni müsəlmanlar qoşulurlar. Onlar hazırda ölkədə şiələrin çoxluq təşkil etdikləri hökumətə etiraz edirlər. Aksiyaçılar özü də şiə olan Baş nazir Nuri al-Malikinin hökumətinin ölkənin sünni çoxluğunu əzdiyini iddia edir, aksiyalarda saxlananların azad olunmasını, ölkə qanunvericiliyində islahatlar aparılmasını tələb edirlər.

Baş nazir çox sayda məhbusun azad edilməsi barədə sərəncam versə də bu etirazları səngidə bilməyib.

Terrorçu Əl-Qaeda təşkilatı ilə əməkdaşlıq edən İraq İslam Dövləti adlı qurum sünni müsəlmanları silaha sarılmağa çağırıb.
XS
SM
MD
LG