Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Məhkəmə prosesində yatan hakim istefa verdi


Rusiyanın şərqində Blaqoveşçensk vilayətində hakimin məhkəmə prosesində yatmasını əks etdirən video internetdə yayılandan sonra hakim Yevgeny Makhnoo vəzifəsindən istefa verib.

Videoda hakimin korrupsiyaya dair məhkəmə prosesi zamanı öz telefonunda oyun oynaya-oynaya mürgülədiyi görünür. Bu prosesin sonunda hakim Makhno cinayətdə ittiham olunan şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Hakimin istefa verməsindən sonra həmin şəxsin işinə də yenidən baxılıb-baxılmaması hələ aydın deyil.
XS
SM
MD
LG