Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:35

Joe Biden Suriya müxalifətinin lideri ilə görüşür


Avropa səfərində olan ABŞ-ın vitse-prezidenti Joe Biden fevralın 1-də Berlində Almaniya kansleri Angela Merkellə görüşəcək. Bu danışıqlardan əvvəl Biden Almaniya mediasına müsahibəsində İrana danışıqlara dönməsi üçün xəbərdarlıq edib. O deyib ki, Tehranın nüvə proqramları ilə bağlı narahatlıqların aradan qaldırılması üçün diplomatik danışıqlar pəncərəsi sonsuza qədər açıq qala bilməz.

Joe Biden Münhendə keçirilən beynəlxalq təhlükəsizlik mövzusunda illik konfransda da iştirak edəcək. Bu konfransda daha çox Suriya böhranının müzakirəsi nəzərdə tutulur.

ABŞ-ın vitse-prezidenti Münhendə Suriya müxalifətinin əsas liderlərindən olan Moaz al-Khatib və Suriya üzrə danışıqlarda beynəlxalq vasitəçi Lakhdar Brahimi və Rusiyanın Xarici İşlər naziri Sergei Lavrovla da görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG