Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:42

Azərbaycan universitetlərinin virtuallıq reytinqi


-

Facebookdan birbaşa şərh yaz

Facebook-dan birbaşa şərh yaz


Bizim univeristet sizinkindən virtualdır...

Hansı Ali təhsil məktəbinin tələbəsi bunu deyə bilər, hansı universitetin Facebook səhifəsi daha aktivdir, istifadəçisi daha çoxdur, univeristet səhifələrində hansı mövzuları müzakirə olunur?

AzadlıqFM canlı yayımda
Müzakirədə tələbələr, universitetlərin səhifələrinin adminləri iştirak ediblər:
Facebook-da Bakı Dövlət Universiteti səhifəsinin İlqar Quliyev:

- Bakı Dövlət Universitetnin Facebook səhifəsini açmaqda məqsədim bütün universitet tələbələrini səhifəyə yığmaq deyildi... Sadəcə dostlarımla danışmaq üçün qrupu yaratmışdım. Sonra yavaş- yavaş yeni tələbələr, müəllimlər, məzunlar səhifəyə qoşuldu və səhifə böyüdü. Hal- hazırda səhifədə 40 minə yaxın istifadəçi var səhifəmizdə...

Sürəddim İsmiyev:

Azərbaycan Universitetləri səhifəsində ən aktiv istifadəçilər Bakı Dövlət Universitetinin tələbələridir. Daha sonra aktivliyə görə Neft akademiyasının tələbələri gəlir...

Mehrab:

Slavyan Universitetinin səhifəsində çalışırıq bütün mövzularla bağlı paylaşımlar edək. Amma ən əsas çalışırıq vətənpərvərlik mövzusunda paylaşımlar edək. Bizim 5 adminimiz var. Özümüz məsləhətləşib paylaşımları müzakirə edirik. Bundan sonra paylaşımlar edilir.

Azərbaycan Pedoqoji Universitetinin tələbəsi Orxan yaratdığı “Azərbaycan Pedoqoji Universitetinin oğlanları və qızları” səhifəsi haqda danışarkən deyib ki, səhifənin belə populyar olmasını gözləmirdilər:

- Səhifəni bir neçə ay olaraq yaratmışıq və xeyli adam qoşulub səhifəyə. Amma bizim üçün əsas səhifənin effektivliyidir...

Xəzər Universitetinin səhifəsinin admini Alik Əlioğlu:

- Universitetin rəsmi səhifəsini 4 min nəfər bəyənib. Müqayisədə səhifəni bəyənənlər azdır. Amma Xəzər Universitetin bütün fakultəsinin, qurumlarının rəsmi səhifəsi var. Bundan əlavə Universitetə məxsus məktəbin də səhifəsi var. Universitetin əsas səhifəsində gündəmdə olan məsələlərə toxunulur.

VERLİŞİ TAM DİNLƏMƏK ÜÇÜN:


XS
SM
MD
LG