Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:24

Clinton İran və Rusiyadan Suriyaya silah və pul ötürüldüyünü deyir



Ötən həftə sonu vəzifəsindən istefa vermiş ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton bildirir ki, Rusiya və İran Suriya rejiminə hərbi və maliyyə yardımlarını davam etdirir.

Yanvarın 31-də jurnalistlərlə görüşündə Clinton deyib ki, Suriya prezidenti Bashar al-Assad-ı hakimiyyətdə saxlamaq İranın ən birinci məqsədinə çevrilib. Ona görə Tehran Dəməşqə göndərdiyi silahları və digər yardımları günbəgün artırır.

Clinton Rusiyanın da Suriya rejiminə maddi və avadanlıqlarla dəstək verdiyinə dair fikir söyləməyə ciddi əsaslar olduğunu söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG