Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:25

Ermənistanda prezident seçkisi 2 həftə geri çəkilə bilər


Ermənistanda güllələnən prezidentliyə namizəd Paruyr Hairikian-ın həyatına təhlükə yoxdur. Onun yaxınları bildiriblər ki, yanvarın 31-i gecə paytaxt Yerevanda naməlum şəxs tərəfindən çiynindən vurulan prezidentliyə namizəd hazırda xəstəxanadadır. Polis araşdırma aparır.

Bir neçə siyasi lider, o cümlədən Baş nazir Tigran Sarkisian və parlamentin spikeri Hovik Abrahamian xəstəxanada Hairikian-a baş çəkiblər. Spiker Abrahamian bildirib ki, prezidentliyə namizədə hücum prezident seçkisini pozmaq cəhdi ola bilər:

- Qanuna görə əgər Hairikian seçki kampaniyasını davam etdirə bilməsə seçki günü iki həftə geri çəkilməlidir.

63 yaşlı Hairikian Sovet hakimiyyəti illərində gizli siyasi təşkilata üzv olmaq və qanunsuz gizli qəzet yaymaq ittihamı ilə 11 il həbsxanada yatıb, 3 il də SSRİ daxilində sürgünə məruz qalıb.

Milli Öz müqəddəratını Təyinetmə Partiyasının sədri olan Paruyr Hairikian fevralın 18-ə nəzərdə tutulan prezident seçkisində 3 əsas müxalifət namizədindən biri hesab edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG