Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45
-
Facebook sosial şəbəkəsində deputat Hadı Rəcəbliyə qarşı kampaniya başlanıb.
Yeni Müsavat qəzetinin yazdığına görə, bu barədə məlumatı Avropada mühacirətdə olan Həbib Müntəzir öz Facebook səhifəsində məlumat yayıb:
«AzTV-də müxalif gəncləri təhqir edən Hacı Rəcəbliyə qarşı kampaniyaya başlayırıq. Millət vəkili Hacı Rəcəbliyə 3 gün vaxt veririk. Bu müddətin tamamında üzr istəməsə, onun teləfon nömrəsini yayıb SMS kampaniyasına başlayacağıq».
Millət vəkilləri Hadi Rəcəbli, Ziyad Səmədzadə, Mübariz Qurbanlı və Tələbə Gənclər Təşkilatları İttifaqlarının sədri Şahin İsmayılovun iştirak etdiyi AZTV-nin «Günün Nəbzi» proqramında mikrofon açıq qaldığından deputatlardan birinin gənclər haqqında işlətdiyi təhqiramiz ifadə efirə gedib.

Həmin ifadənin kim tərəfindən deyildiyi dəqiq bilinmirdi.

Sosial şəbəkələrdə və mətbuatda YAP-çı deputat Mübariz Qurbanlının adı hallanırdı. Amma Mübariz Qurbanlı mətbuata müsahibəsində bunu təkzib etmişdi.

İsmayıılı hadisələri zamanı «Günün Nəbzi» proqramının aparıcısı ilə söhbətdə Mübariz Qurbanlının dediyindən isə belə çıxır ki, AzTV-nin canlı yayımında söyüş söyən deputat Hadı Rəcəbli olub.

«Yeni Müsavat» müxbirinin çəkdiyi videoda İbrahim Məmmədli Mübariz Qurbanlını efirə dəvət edir, deputat razılaşır, amma zarafatla «intəhası mikrofonları bağla, Hadı müəllim söyüş söyəndir»deyir.

Hələki millət vəkili Hadı Rəcəblinin bu məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG