Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 18:37

Suriya İsraildən BMT-yə şikayət edib


Suriya İsrail hərbi hava qüvvələrinin ərazisindəki obyekti vurması ilə bağlı BMT-yə rəsmi şikayət edib.

Suriya komandanlığı çərşənbə günü Dəməşqin şimal-qərbindəki hərbi təhqiqat mərkəzinin vurulduğunu deyir.
Məlumatda 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilir.

Livanın təhlükəsizlik xidməti, bir sıra qərb diplomatları və silahlı Suriya müxalifəti isə, zərbələrin Livan sərhəddinin yaxınlığında silah aparan hərbi karvana endirildiyini deyirlər.

İsrail tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG