Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:59

Sabirabadda AXCP üzvləri polisə çağırılıb


-
Yanvarın 31-də AXCP Sabirabad rayon təşkilatının sədri Səttar Şahlarov və partiya üzvü Sahib Rüstəmli polisə aparılıb.

Bu barədə AzadlıqRadiosuna Səttar Şahlar məlumat verib:

«Partiyanın üzvü, Qarabağ müharibəsi əlili Zaur Ağayev sosial tələblər, müalicəsinə pul ayrılması ilə bağlı bu gündən aclığa başlayıb. Biz də getdik ona dəyməyə. Ordan çıxanda polisdən zəng edib məni bölməyə çağırdılar. Zaur Ağayev tankist olub. Döyüşdə bir gözünü itirib. Bu günlərdə 400 manat borc tapıb süni gözünü dəyişdirib. Özü də kirayədə qalır, borc içərisində batır. Bu yaxınlarda müalicə üçün İrana getməlidir, amma pul tapa bilmir. Polis bizə deyir ki, o, sizin partiyanın üzvüdür, ona deyin aclıq aksiyasını dayandırsın».

Sabirabad rayon Polis İdarəsinin növbətçisi AXCP üzvlərinin bölməyə gətirilməsindən xəbərsiz olduqlarını deyib.

Müharibə əlili Zaur Ağayev isə tələbləri yerinə yetirilməyənə qədər aclıq aksiyasını dayandırmayacağını deyir:

«10-15 gün əvvəl aksiyaya başlayırdım. Amma polis rəisi məni çağırdı, dedi icra başçısı rayonda yoxdur. Gəlsin, ona məruzə edək, icra başçısı artıq işə çıxır. Amma heç bir addım atılmır, ona görə də aclıq aksiyasına başladım. Tələblərim təmin olunmayanacan aksiyanı davam etdirmək fikrindəyəm».
XS
SM
MD
LG