Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

Füzulidə 2700 il yaşı olan möhür tapılıb


APA-nın məlumatına görə, tapıntının dəyəri və yaşı Azərbaycan Milli Elmlər Akademiyasında müəyyənləşdirilib.

Hazırda həmin möhür Füzuli rayon tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialında saxlanır.

Yerli sakinlər tərəfindən aşkarlanan möhür görünüşünə görə daha çox üzüyə bənzəyir. Möhürün naxışları qabartma üsulu ilə işlənib.
Nadir tapıntı əkin işləri zamanı aşkarlanıb.

Bala Bəhmənli kənd muzeyi 2006-cı ildə Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb.

Hazırda burada 500-dən çox eksponat var. Onların yüzdən çoxunun 3 min ildən artıq yaşı var.
XS
SM
MD
LG