Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:51

İran nüvə proqramını sürətləndirmək fikrindədir


Foto arxiv
Foto arxiv
“İran uran zəngiləşdirilməsi ilə bağlı nüvə proqramını xeyli sürətləndirmək fikrindədir”

Bunu qərb diplomatları deyirlər.

Onların sözlərinə görə Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinə bildirib ki, Natanz nüvə obyektində minlərlə daha müasir sentafuq quraşdırmaq fikrindədir.

Londondakı beynəlxalq strateji tədqiqatlar institutun nüvə məsələləri üzrə eksperti Mark Fitzpatrick hesab edir ki, əgər İran daha çox sentafuq əldə etsə nüvə silahı üçün materialların istehsalını xeyli sürətləndirə bilər.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG