Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:15

Pakistanda hümanitar missiyanın 2 həkimi öldürülüb


Pakistanın şimal-qərbində törədilmiş partlayışda hümanitar missiyanın 2 həkimi ölüb.

Uşaqlara peyvənd vuran həkimlər Kurram şəhərində olarkən yola qoyulmuş bomba uzaqdan idarə olunan qurğu ilə partladılıb.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Peyvəndə qarşı çıxan talibançılar onların bu pərdə altında casusluq etdiyini deyirlər.

Ötən ilin dekabrından bu yana Pakistanda bu missiyanın 11 əməkdaşı öldürülüb.
XS
SM
MD
LG