Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:09

"Human Rights Watch" Azərbaycanda insan haqlarının vəziyyətini kəskin pisləyir


Human Rights Watch təşkilatı 2012-ci il insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatını yayıb.

Hesabatın Azərbaycana aid hissəsində ölkədə siyasi fəallar, müstəqil və müxalif yönümlü jurnalistlərə qarşı düşmənçilik ab-havasə olduğu bildirilir.
Jurnalistlər hələ də qondarma ittihamlarla üzləşir, təqib, hədə-qorxu və fiziki hücumlara məruz qalırlar.

Hesabatda deyilir ki, hakimiyyət siyasi intiqam almaq üçün həbslərdən vasitə kimi istifadə edir, dinc nümayişləri zorla dağıdır, fəallar və adi insanları əsas göstərmədən həbs edir.

Bundan başqa ölkədə din azadlığı məhdudlaşdırılır, qeydiyyatı olmayan dini qruplar təqib edilir.
Həmçinin ölkədə əmlak hüuqları pozulur.
Bakı şəhər rəhbərliyi minlərlə ailəni zorla evindən çıxarır və qanunsuz olaraq bu evləri sökür.

Günün bütün mövzuları

XS
SM
MD
LG