Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27

Human Rights Watch Rusiyada insan haqlarının vəziyyətini kəskin pisləyib



Human Rights Watch təşkilatı 2012-ci il insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatını yayıb.

Hesabatın Rusiyaya aid hissəsində yenidən prezident olduqdan sonra Vladimir Putinin vətəndaş və müxalifət fəallarına qarşı amansız əməliyyatlar apardığı bildirilir.

Təşkilatın Rusiya üzrə şöbəsinin rəhbəri Anna Sevortian AzadlıqRadiosuna müsahibəsində Rusiyada vətəndaş cəmiyyətini məhdudlaşdıran qanunların tətbiqini kəskin tənqid edib və bunların əsasən prezident Vladimir Putin yenidən hakimiyyətə gəldikdən sonra baş verdiyini deyib.

Ötən ilin iyununda Rusiyada qəbul edilmiş yeni qanunlardan birində icazəsiz aksiyalarda iştiraka görə cərimələrin artırılması nəzərdə tutulur.
Noyabrda qəbul edilən başqa bir qanuna görə isə xaricdən maliyyə dəstəyi alan və siyasi fəaliyyətlə məğşul olan qeyri-gökumət təşkilatları xarici agent hesab edilir.

Hesabatda həmçinin Belarusda repressiyaların davam etdiyi və 2012-ci ildə böhranın daha da dərinləşdiyi bildirilir.həmçinin

Həmçinin Orta Asiya ölkələrində insan haqlarının vəziyyəti kəskin tənqid edilir.

Bundan başqa İranda vətəndaş cəmiyyətinin boğulduğu, müxalifətdən olan namizədlərin parlament seçkilərindən kənarlaşdırıldığı və müxalifət liderlərinin ev dustağı edildiyi bildirilir.

Hesabat 90-dan çox ölkəni əhatə edir.
XS
SM
MD
LG