Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:10

Vaşinqton Moskvanın qərarından təəssüflənir


ABŞ Rusiyanın hüquq-mühavizə və narkotik alverinə qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı ikitərəfli razılaşmanı pozmasından təəssüf bildirib.

Dövlət Departamentinin sözçüsü Victoria Nuland hesab edir ki, bundan daha çox Rusiya tərəfinin özü itirir.

ABŞ bu razılaşma çərçivəsində insan alveri ilə mübarizə və cinayət prossesual kodeksinin tətbiqi də daxil olmaqla bir çox sahələrdə rusiyalı mütəxəssislərin hazırlanmasına yardım edib.

Həmçinin bu razılaşmada narkotik alveri, terrorçuluq, kibercinayət, pul yuma əməliyyatı və korrupsiya ilə mübarizədə Vaşinqtonun Rusiyaya maliyyə yardımı göstərməsi nəzərdə tutulur.
XS
SM
MD
LG