Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:36

Bakıda mobil telefonla bankomatdan pul


Azərbaycanda ilk dəfə olaraq, kart olmadan mobil telefon vasitəsilə bankomatdan pul əldə etmək mümkün olub.

Azərbaycan Beynəlxalq Bankından Trend-ə verilən məlumata görə, bu xidmət vasitəsilə "MobilBank" istifadəçiləri kart hesablarından istənilən məbləğdə və valyutada kartı olmayan şəxslərə nağd pul göndərə və ya plastik kartları yanlarında olmadığı təqdirdə bankomatdan nağd pul çıxara bilərlər.

Xidmətdən istifadə etmək üçün kart sahibi "MobilBank" sisteminə daxil olaraq əsas menyuda "Cash by Code" seçir, məbləği və valyutanı daxil edir.

Sistem xüsusi kod yaradaraq onu telefonun ekranında əks etdirir. Əgər kart sahibi həmin vəsaiti kiməsə göndərmək istəyirsə, onda o kodu SMS vasitəsilə, ya da başqa üsulla pulu göndərdiyi şəxsə çatdırır və ya kart sahibi özü həmin kod vasitəsilə nağd pulu bankomatdan əldə edir. Kod ilə vəsaiti almaq üçün göndərilən vəsaitin məbləğini və valyutasını bankomata daxil etmək lazımdır.

Göstərilən xidmət Azərbaycanda ilk dəfə olaraq "AzeriCard" prosessinq mərkəzinin "Mobile Wallet" layihəsi çərçivəsində həyata keçirilir.

Həmin layihə hazırda mobil telefon vasitəsilə həyata keçirilə bilən kommunal ödənişlər, balansın öyrənilməsi, hesabatın çıxarışı, kartın bloklaşdırılması, kartdan karta köçürmələr, kartsız bankomatdan nağd pulun çıxarılması (Cash by Code) funksiyalarına əlavə olaraq, ticarət və xidmət məntəqələrində mobil telefon vasitəsilə kartsız ödəmənin tətbiq edilməsini nəzərdə tutur.

"MobilBank" xidmətinə qoşulmaq üçün JAVA MIDP 2.0 və JAVA BIS (yalnız BBM-ə qoşulmuş BlackBerry telefonları) platformalı mobil telefonlardan istifadə edən hər kəs www.azericard.com/?p=13 linkə, Android və iOS platformalı mobil telefonlardan istifadə edən şəxslər isə Google Play və Apple Store-a daxil ola bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG