Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:08
-

HAKİMİYYƏTDAXİLİ QRUPLARIN ETİRAZLARA MÜNASİBƏTİ

«Bizim yol» «Risklərlə dolu sabitlik ssenarisi»ndən yazır. Qəzetə görə, yanvar etirazlarına münasibətdə hakimiyyətdə iki fikir mövcuddur.

«Birinci qrup tam güzəştsiz mövqe tutur, hazırda icra olunan ssenarini təklif edib. Aksiyalar dağıdılmalı, təşkilatçılar, iştirakçılar həbs olunmalı, cərimələnməli və beləliklə, cəmiyyət total nəzarət altında saxlanmalıdır. İkinci qrup hesab edir ki, zorakı tədbirlər müvəqqəti effektli ola bilər. Hakimiyyət əhalini dinləməli, yararsız, qıcıq doğuran kadrları yeniləməli, aşağı səviyyədə rüşvət, korrupsiyanı azaltmalı, idarəetmədə ciddi islahatlar başlamalıdır».

ƏKRƏM ƏYLİSLİNİN «DAŞ YUXULARI» NİYƏ NARAZILIĞA SƏBƏB OLUB?

«Əkrəm Əylislinin o romanı Azərbaycanın xeyrindir». Bunu «Azadlıq» qəzetinə müsahibəsində təhsil eksperti Etibar Əliyev deyib.

«Yazıçıya üstünlüyündən qüsur düzəldənlər onun vətəndaş mövqeyini hədəfə alıblar.... yazıçının işi həmişə siyasətçilərin işindən fərqlənir və onun gələcək sülhə platforma hazırlamasında nə var? O sizə nəyisə güzəştə getməyi təklif etmir ki! O deyir ki, hətta qalib də gəlsəniz sülhə ehtiyac yaranacaq».

Yazıçı Əkrəm Əylislinin rus dilində çıxan «Xalqlar dostluğu» jurnalında «Daş yuxular» romanı dərc ediləndən sonra bir neçə xəbər portalında yazıçını qınayan məqalələr verilir.

Qəzet yazır ki, romanda ən çox etiraz edilən məqam Ermənistandan gələn bəzi azərbaycanlı qaçqınların Bakıdakı ermənilərə qarşı pis davranması və romanda həmin azərbaycanlıların «yeraz» adlandırılmasıdır.

RADİKAL ÜNSÜRLƏRİN VİRTUAL SEÇKİ TAMAŞASINDA YENİ
PƏRDƏ


«Yeni Azərbaycan» qəzeti «radikal ünsürlərin virtual seçki tamaşasında növbəti pərdə...»dən yazır.

Qəzetə görə, prezident seçkiləri yaxınlaşdıqca «dağıdıcı müxalifət düşərgəsində etirazlar daha da qızışır. «Bu da hər şeydən əvvəl onunla bağlıdır ki, hər partiya və hər partiyanın rəhbəri özünü daha «ağır çəkili» siyasi qüvvə hesab edir və bu mövqeyi heç bir vəchlə kimsə ilə bölüşmək istəmir».

ELŞAD ABDULLAYEV ONA QARŞI SÜBUTLAR TOPLANDIĞINI DEYİR

«Yeni Müsavat» qəzeti «Elşad Abdullayevin yeni şok müraciəti»dən yazır.
Qəzetin yazdığına görə, sabiq ABU rektoru öz müraciətində onun həbsi üçün «sübutlar»ın toplandığını bildirir. Yəqin məlumatınız var ki, komissiya cinayət törətmiş şəxslərin deyil, mənim qohumlarımın, ailə üzvlərimin əmlakını araşdırmaqla məşğuldur...»

«Komissiyanın əsas işi bu müddətdə mənə qarşı yönəlib, mənim cinayət məsuliyyətinə cəlb olunmağım və həbs edilməyim üçün «sübutlar» toplamaqdan ibarətdir».

ÖYRƏNƏN VƏ ÖYRƏDƏN AZƏRBAYCAN

«Azərbaycan» qəzeti «Öyrənən və öyrədən Azərbaycan»dan yazır. Baş redaktorun yazdığı məqalədə qeyd olunur ki, Azərbaycan faciə və fəlakətlərdən çıxış yolu tapmaqdan tutmuş, bir çox məsələlərə görə çoxlarına örnəkdir.

«Keçmiş SSRİ-yə məxsus bir sıra ölkələr hələ də torpaq islahatı apara bilməmiş. Bu çətin prosesi başa çatdırmaq üçün Azərbaycanın təcrübəsini öyrənirlər. Ən nəhayət, Azərbaycan düşünülmüş, əsaslandırılmış və sürətli qərarların qəbul edildiyi örnək ölkədir. Bunu dövlət başçısı cənab İlham Əliyev cəsarətli addımları ilə dəfələrlə sübuta yetirib!».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG