Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14
-
Qazaxıstanın paytaxtı Astanada Vidadi SalahovKalimaş Beqalinovanın həmmüəllifi olduğu «Böyük Azərbaycan mütəfəkkirləri Nizami, Nəsimi və Füzulinin yaradıcılığı» kitabı rus dilində nəşr edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, kitabın rəyçiləri Azərbaycandan akademik Kamal Abdullayev, Qazaxıstandan Dostmuhammet Nur-Ahmet və akademik Kazbek Kaskenovdur.

Toplu «Azərbaycanın tarixi keçmişindən səhifələr», «Nizami Gəncəvi yaradıcılığı mənəvi mədəniyyətin və incə hisslərin vəhdəti kimi», «İmadəddin Nəsimi Azərbaycan mədəniyyətində hürufiliyin ifadəçisi kimi», «Məhəmməd Füzuli Azərbaycan poeziyasının parlaq nümayəndəsi kimi» fəsillərinə bölünüb.

Kitab universitetlərin filologiya fakültələrində dərs vəsaiti kimi də istifadə olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG