Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

«Azərbaycana ən çox narkotik İrandan gətirilir»


Bir qədər əvvəl Azərbaycan və İranın gömrük xidməti orqanlarının rəhbərləri arasında keçirilən görüşdə müzakirə olunan əsas məsələlərdən biri bu ölkədən Azərbaycana narkotiklərin qanunsuz keçirilməsi cəhdləri olub.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycana gətirilən narkotik vasitələrin əksər hissəsi gömrük əməkdaşları tərəfindən ölkənin cənub sərhədlərində – yəni, İranla sərhəddə tutulur: «Hətta digər istiqamətlərdə tutulan narkotik vasitələri araşdıranda da məlum olur ki, onlar İranın ərazisindən daşınır».

Görüşdə müzakirə olunan digər məsələ iki ölkə arasındakı gömrük keçid məntəqələrində hərəkətin sadələşdirilməsi və burada növbələrin yaranmaması, eləcə də nəzarətin gücləndirilməsi, yəni qanunsuz malların dövriyyəsinin qarşısının alınması ilə bağlı olub.

Görüşdə qərara alınıb ki, iki ölkənin gömrük xidmətlərinin rəhbərləri 6 aydan gec olmayaraq, yerli gömrük orqanı rəhbərləri isə ayda bir dəfə görüşsünlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG