Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

«5 qəpik» kampaniyasında toplanan vəsait hesaba köçürülür


«5 qəpik» kampaniyası

«5 qəpik» kampaniyası

-

«Əsgər ölümünə son» etiraz aksiyasında cərimələnənlərlə bağlı toplanmış vəsait bu dəqiqələrdə «Kapital» Bankın hesabına köçürülür.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, 13 nəfərlə bağlı 8 min manatlıq vəsait 1, 3, 5 qəpiklik şəklində toplanıb.

Bank işçiləri təhlükəsizlik qaydalarına görə AzadlıqRadiosu əməkdaşının çəkiliş aparmasına icazə verməyiblər.

Bank işçiləri 8 min manatı qəpik şəklində qəbul etməkdən imtina etməyiblər: «Bu Azərbaycan puludur, niyə qəbul etməməliyik?...»

Yanvarın 12-də əsgər Ceyhun Qubatovun ölümünə etiraz olaraq paytaxt Bakıda etiraz aksiyası keçirilib. Aksiya zamanı 22 nəfər cərimələnib. Bundan sonra həmin vəsaiti ödəmək üçün «5 qəpik» kampaniyasına start verilib.

Azərbaycan parlamenti ötən ilin sonunda razılaşdırılmamış aksiyalarda təşkilatçılıq və iştiraka görə cərimələri dəfələrlə artırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG