Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:45

900 min nəfərlik stadion


-

Facebook-dan birbaşa şərh yaz

Facebook-dan birbaşa şərh yaz


Ən qızğın dərbilər zamanı Facebook-da olsan, heç televiziyada izləməyə ehtiyac qalmır.

Çoxları futbol fanatlarının statuslarından bütün oyun barədə xəbərdar olurlar.

Dünya və Azərbaycan futbolu Facebook-dan necə görünür?


Azadlıq FM-dəki müzakirələrdə futbol fanatları, futbolçular, idman yazarları Facebook-u müzakirə edib. Verlişdə səslənən bəzi fikirlər:

Amal Abışov:
- Facebook futbol fanatları üçün əla vasitədir. Sosial şəbəkələrdən istifadə etməklə fanatlar daha yaxşı şəbəkələşirlər. Bakıda sosial şəbəkələr vasitəsiylə Sector 11 adlı fanatlar qrupu yaradılıb. Bu fanatlar Azərbaycan komandalarına dəstək verirlər. Neftçi klubunun Facebook page-ini 43 mindən çox adam bəyənib. Bir status yazanda 40 mindən artıq adam statusu, məlumatı görə bilir...
- Azərbaycanda futbolla maraqlananlar çox olsa da, ölkə futbolu ilə maraqlananlar azdır. Azərbaycanda əcnəbi ölkələrin oyunları daha çox izlənir, nəinki yerli komandaların oyunu.
Mehdi İbrahim:
- Facebook-da like-ı çox olan futbol klubunun azarkeşi də çoxdur.
- Saytlarda tez-tez sorğular olur... Bu sorğulara görə klublar arasında rəqabət olur. Amma Facebook-dakı sorğularda Neftçi çox zaman irəlidə olur. Region azarkeşləri isə sosial şəbəkələrdə aktiv olmadığına görə paytaxt klubları hər zaman öndə olur.
Rəsul Şükürsoy:
- Hal- hazırda oyunlar Facebook-la paralel gedir. Bir gözün TV-də oyunda olanda, o biri gözün Facebook-da statuslarda, şərhlərdə olur... Çünki Facebook vasitəsiylə futbol oyununda maraqlı anları, epizodları şərh etmək olur.
- Facebook-da Azərbaycan yığmasının bütün oyunçuları var. Amma dünya futbol ulduzları daha çox Twitter-dən istifadə edirlər. Twitterdən istifadə daha az vaxt alır. Ümumilikdə isə sosial şəbəkələrdən istifadə etmək hər bir futbolçuya biliyini, dünya görüşünü artırmağa yardım edə bilər.

VERLİŞİ DİNLƏ, BAX

XS
SM
MD
LG