Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:47

İsmayıllı: Hökumətin çıxardığı nəticə [Video]


İsmayıllı hadisələrində adları hallandırılan Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov onların bu hadisədə əli olub-olmaması barədə suallara cavab verirlər. Hüquq müdafiəçisi Bəşir Süleymanlı isə İsmayıllıda gördüklərindən və rayondakı ab-havadan danışır.

-


Tofiq Yaqublu:

«İsmayıllıda baş vermiş hadisə xalq üsyanı idi. Bu, hakimiyyətin idarəçiliyinə, onu harınlığına, insanlara olan zülmünə bir etiraz idi. Azərbaycanda gündə onlarla yol nəqliyyat hadisəsi olur və hadisədə iştirak edən tərəflər bir-biri ilə dalaşır. Amma inqilab baş vermir ki? Bu, aydın məsələdir. Amma hakimiyyət istəyir ki, bunu bir dava-dalaş kimi, coşmuş emosiyalar kimi təqdim etsin. Guya ki, burda hakimiyyətə qarşı camaata bir etirazı yoxdur. Bunu hərəkətə çevirmək istəyənlər isə siyasilərdir və başqa ölkələrin burda marağı var. Bunu belə təqdim etmək istəyirlər. Mənim də hadisədən bir gün sonra «Yeni Müsavat» qəzetinin əməkdaşı kimi ora ezam olunmağımdan istifadə ediblər. Fakt düşüb əllərinə ki, bunu necə isə Müsavat Partiyasına və mənə hərləyib bağlasınlar…».

İlqar Məmmədov:

«Onlar fəal insanları, İsmayıllıda, Qubada, başqa yerlərdə ortaya çıxmış sosial problemləri görən və onları xalqa, geniş Azərbaycan auditoriyasına izah edə biləcək insanları bir növ qorxutmağa çalışırlar. Bu addımlar siyasi səbəblərdən atılır. Bunun istintaqın keyfiyyətinə müsbət təsiri olacağını ağlım kəsmir. Konkret bu, qorxutma məqsədi ilə həyata keçirilən addımlardır…».

Bəşir Süleymanlı:

«İsmayıllının rəisi bizə sübut etməyə çalışırdı ki, bu, sırf xuliqanlıq hadisəsidir. Biz sual edəndə də ki, niyə bu hadisə belə böyüdü, 2 minə yaxın adam yığışıb? Cavabında rəis bildirdi ki, hansısa qüvvələr bundan istifadə edib. Mən soruşdum ki, hansı qüvvələrdən söhbət gedir? O bildirdi ki, həmin gün İsmayıllıda Neftçaladan, Goranboydan olan müsavatçılar, cəbhəçilər nə gəzirdi? Belə anladıq ki, bunlar prosesləri hansısa partiyaların üzərinə qoymaqla, baş verənləri siyasi partiyalara bağlamaqla, digər rayonlarda baş verə biləcək məsələləri bir qədər qapatsınlar. Yəni, bu, sadə vətəndaşların etirazı deyil, hansısa siyasi partiyaların təşkilatçılığı ilə hazırlanan bir hadisədir...».
XS
SM
MD
LG