Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

Azərbaycanda orta məktəb məzunlarının sayı azalıb


Son səkkiz ildə orta məktəb məzunlarının sayı 27,46 faiz azalıb. Bu isə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə yanvarın 30-u 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik nəticələrinə həsr edilmiş tədbirdə deyib.

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ötən illə müqayisədə sənəd verənlərin sayı 6863 nəfər azalıb. Abituriyentlərin 49.76%-ni (50072 nəfər) oğlanlar, 50.24%-ni (50549 nəfər) isə qızlar təşkil edib.
XS
SM
MD
LG