Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:28
-



«İlham Əliyevin təkrar prezident seçilmək arzusu reallaşarsa, ölkə geridönməz inqilabi fazaya daxil olacaq». Bunu «Azadlıq» qəzetinə müsahibəsində AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimov deyib.

«Azərbaycan cəmiyyəti 2013-də artıq inqilabi fazaya daxil olub. Amma biz hələ geridönüşü olmayan mərhələyə qədəm basmamışıq. Ona görə hakimiyyət həqiqi islahatlar apara bilər. Bununla Azərbaycanı inqilabi yoldan döndərərək, məxməri dəyişikliklərə aparmaq olar».

ETİRAZ SƏSİ RUSİYADAN GƏLƏN AZƏRBAYCAN KƏNDİ

«Yeni Müsavat» qəzeti İsmayıllının İvanovka kəndində narazılıqların yarandığını yazır. Qəzetə görə, əhalisi ruslar olan bu kəndin münbit torpaqları oliqarxlar tərəfindən ələ keçirildiyindən sakinlər buna etiraz edirlər.

«Məsələnin ən diqqətçəkən məqamı odur ki, İvanovka kəndinin sakinlərinin etiraz səsləri Rusiyadan eşidilib».

İSA QƏMBƏRİN LƏNKƏRAN SƏFƏRİ

«Yeni Azərbaycan» «Müsavat»ın növbəti uğursuz manipulyasiya cəhdi»ndən yazır.

Qəzet, Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfərinin «Yeni Müsavat» qəzetinin səhifəsindən düşmədiyini yazır . Qəzetə görə «...bu, səbəbsiz deyil. Çünki dağıdıcı düşərgənin nəzarətində olan KİV İsa Qəmbərin növbəti biabırçılığını ört-basdır etmək üçün lənkəranlıların Müsavat başqanına etinasız yanaşmasını başqa şəkildə yozmağa çalışır. Əslində isə, gerçəklik bundan ibarətdir ki, nəinki Lənkəran sakinləri, ümumilikdə, Azərbaycanın bütün bölgələrinin insanları AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə ölkədə baş verənləri unutmayıb...».

RAMİZ MEHDİYEV ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASININ ZƏRURİLİYİNDƏN DANIŞIB

«Bizim yol» qəzeti Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasının keçirildiyindən yazır. Qəzetə görə, iclasda geniş məruzə ilə çıxış edən komissiya sədri Ramiz Mehdiyev təhsildə olan problemlərə toxunub. «Komissiya sədri ali təhsil müəssisələrində... şəffaflığın... təmin olunması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini bildirib».

2012-DƏ 5,2 FAİZƏ DÜŞƏN İŞSİZLİK

«Azərbaycan» qəzeti 2012-ci ildə ölkə iqtisadiyyatının bütün sahələrində ciddi nailiyyətlər əldə olunduğunu yazır. Qəzet beynəlxalq reytinq agentliklərinin də bu inkişafı təsdiqlədiyini qeyd edir.

«Ötən ilin yanvarında 5,6 faiz təşkil edən işsizlik səviyyəsi ilin yekunlarına görə 5,2 faizə enib».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG