Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:17

E.Fətullayev Almaniyanı tənqid edir


Yanvarın 29-da “İnsan Haqları” Uğrunda ictimai birliyinin rəhbəri Eynulla Fətullayev keçirdiyi mətbuat konfransında Almaniya Xarici İşlər Nazirliyini və Amnesty İnternational təşkilatının tənqid edib.
Eynulla Fətullayev Almaniya Xarici İşlər Nazirliyini və Amnesty İnterantional təşkilatını Almaniyada insan haqlarının durumuna dair aparılan tədqiqatın nəticələri ilə bağlı yanvarın 19-da Brüsseldə keçirilən konfransı pozmaq cəhdində ittiham edib.

Tədbirə qatılan Almaniyanın Azərbaycan səfirliyinin əməkdaşı Frederik Hanki Almaniyanın insan haqları və ifadə azadlığına yüksək önəm verdiyini deyib. O, bu layihə icraçılarının öz hökumətləri ilə əməkdaşlıq etməsi şübhələrinin yaranmasına diqqət çəkib. Bundan sonra E. Fətullayev diplomatı mətbuat konfransını pozmaqda ittiham edib. Onun danışmasına imkan verməyib.
XS
SM
MD
LG