Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

Jurnalistin qətlinə görə polis generalına ömürlük həbs


Yanvarın 29-da Kiyevdəki yerli məhkəmə keçmiş polis generalına jurnalist Giorgi Gongadzenin qətlinə görə ömürlük həbs cəzası verib. Məhkəmənin qərarına görə, Daxili İşlər nazirliyinin Nəzarət İdarəsinin keçmiş rəisi General Oleksiy Pukachı şəxsən jurnalisti boğmaqda günahkar bilib.

Korrupsiya cinayətlərini araşdıran jurnalist Gongadze 2000-ci ilin sentyabrında oğurlanıb, sonr abaşı kəsilmiş meyiti tapılmışdı.

Cİnayatə birbaşa əmr verməyə görə ovaxtkı prezident Leonid Kuchma da ittiham olunurdu. 2011-ci ildə ona qarşı rəsmi ittiham irəli sürülsə də, sonradan ittihamlar ləğv edilmişdi.

İndi ömürlük cəza alan general Pukach bildirib ki, əgər cinayətə görə Kuchma və digər rəhbər şəxslər də məhkəməyə çıxarılacaqsa, onda cəzanı olduğu kimi qəbul etməyə hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG