Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

Tacikistan müxalifət liderini DUbaydan almaq istəyir


Tacikistan rəsmiləri Birləşmiş Ərəb Əmirliyində saxlanan müxalifət lideri Umarali Quvatovun ekstradisiyasına çalışır. Əvvəllər Tacikistan prezidenti Emomali Rahmonun ailəsiylə yaxın əlaqələri olan Quvatov ötən ilin yayında Moskvaya gedib orada müxalifət qrupu yaratmışdı.
İndi Tacikistanda onu 1.2 milyard dollarlıq fırıldaqda ittiham edirlər. Tacik tərəfinin tələbiylə dekabrın 23-də Quvatovu Dubayda saxlayıblar.

Quvatovun köməkçisi Nikolai Nikolayev AzadlıqRadiosuna deyib ki, Tacikistanda cinayət ittihamıyla bağlı ilkin məhkəmə baxışı da keçirilməyib. BƏƏ qanunlarına görə isə bu halda - onun ekstradisiyası işgəncə və öldürülmə təhlükəsi olduğuna görə, mümkünsüzdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG