Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:33

Suriyada edam olunan 65 nəfərin meyiti aşkarlanıb


Suriyada HƏləb şəhəri yaxınlığında aralarında uşaqların da olduğu 65 nəfərin meyiti tapılıb. Suriya müxalifəti bildirir ki, Kuveyk çayı yaxınlığında öldürülənlərin hamısının əlləri arxadan bağlı olub və başı, ya boynundan vurulublar. Müxalifət yaraqlıları ölülərin üzərində işgəncə izləri olduğunu da əlavə edir və olayda hökumət qoşunlarını ittiham edirlər. Şahidlər yanvarın 29-da tapılan cəsəd sayının artmasını istisna etmirlər.

Suriyada eyni gündə 5 günlük döyüşlərdən sonra Deir el-Zour şəhərindəki hökumətin kəşfiyyat düşərgəsinin tutulması xəbəri də yayılıb. Neft yataqları ilə zəngin olan şəhərin yanındakı düşərgədə saxlanan əsirləri yaraqlılar buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG