Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

Vəfa Quluzadə: "Qarabağ danışıqları imitasiyadır"


Vəfa Quluzadə
Vəfa Quluzadə
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 28-də Parisdə Minsk qrupu həmsədrləri ilə görüşdə suriyalı ermənilərin Dağlıq Qarabağda, o cümlədən Kəlbəcərdə məskunlaşdırılması ilə bağlı Ermənistan mətbuatında son vaxtlar yayılan məlumatları da müzakirə edib.

Məmmədyarov suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılması məsələsinə ciddi narazılığını bildirib. Nazir belə addımların qəbuledilməz və qeyri-qanuni olduğunu vurğulayıb.

Elmar Məmmədyarov həmsədrlərlə görüşdə həmçinin Xocalı aeroportuna uçuşların qanunsuz olduğunu bəyan edib və bildirib ki, bu, yalnız böyük miqyaslı nizamlanma planının tərkib hissəsi kimi həyata keçirilə bilər: “Təcavüz davam etdiyi bir dövrdə işğal altında olan ərazilərə hər hansı uçuşun həyata keçirilməsi qanunsuzdur.”

Keçmiş Dövlət müşaviri Vəfa Quluzadə Paris danışıqlarını Azadlıq Radiosuna şərh edir

Azadlıq Radiosu: Qarabağ probleminin həll olunub-olunmamasından asılı olmayaraq Azərbaycan bu iki məsələnin- Xocalı hava limanının və Suriya ermənilərinin Dağlıq Qarabağ və Kəlbəcərə köçürülməsinin qabağını ala biləcəkmi?

Vəfa Quluzadə: Xocalı hava limanı Rusiyanın Azərbaycana qarşı böyük bir provokasiyasıdır.
Rusiya çoxdan çalışır ki, Azərbaycan erməni tərəfə bir bəhanə versin, Rusiya da Azərbaycana qarşı müharibəyə başlaya bilsin.

Azadlıq Radiosu: İndi Azərbaycan neyləməlidir?

Vəfa Quluzadə: Azərbaycan provokasiyaya getməməlidir. Bu məsələni daima beynəlxalq aləm qarşısında qaldırmalı, gündəlikdə saxlamalı, öz tərəfdaşları ilə siyasi məsələhətləşmələr aparmalıdır.

Azadlıq Radiosu: Bəs Suriya ermənilərinin köçürülməsi?

Vəfa Quluzadə: Bu da tamamilə qanunsuzdur.

Azadlıq Radiosu: Qarabağ danışıqlarının özü haqda nə deyə bilərsiniz? Bu problem nə vaxtsa həll olunacaqmı?

Vəfa Quluzadə: Qarabağ danışıqları əslində heç vaxt olmayıb. Mən bunlarda iştirak etmişəm. 1999-cu ildə istefa verənə qədər.
Mən tam əminəm ki, bunlar hamısı imitasiyadır.
Qarabağ danışıqlarında 20 ildir ki, heç bir irəliləyiş yoxdur. Bu, ağlasığandırmı?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG