Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

Ölkədə etirazlar: Sistem böhranı varmı? [Video]


Hüquqşünas Aslan İsmayılov ölkədə baş verən son hadisələrlə bağlı fikirlərini bölüşür.

-


Aslan İsmayılov:

«Kimlər oxuyublarsa Nəriman Nərimanovun «Nadir şah» əsərini bir də oxusunlar. Hakimiyyətlə əhali arasında o əlaqə qırılanda, onlar ayrı-ayrı dillərdə danışanda, bunun axırı çox faciəli olur. Uçurumun sonu faciəli olur. İlk növbədə də idarəedənlər üçün faciəli olur. Bu gün bu, göz qabağındadır. Bir icra başçısının istefa verməsi ilə rayon əhalisinin sakitləşəcəyi barədə deyilənlər də boş və qeyri-ciddi söhbətlərdir. Çünki burda söhbət bir icra başçısından getmir. Bəs onda Qubada, «Binə»də baş verənlər nə idi? Bütün ölkə bu cür potensial ocaqlardan ibarətdir. Mən ürəkağrısı ilə deyirəm ki, bizi çox böyük faciələr gözləyir…».

«Mən və mən yaşda olanlar 88, 89, 90-cı illərdə olanları görmüşük. İndi tam eyni ssenari gedir. O vaxt SSRİ məkanında gedirdi. İndi Azərbaycan məkanında. Leksikonda olan ifadələr də eyni ifadələrdir. Əli Həsənovun hadisəylə bağlı bu, iki keflinin davasıdır deməsi, ondan sonra Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun baş verənləri destruktiv qüvvələrin işi olduğunu elan etməsi, ardınca isə nazir Ramil Usubovun bu olanları 200 xuliqanın hərəkəti kimi qələmə verməsi birəbir Qorbaçov və onun ətrafında olanların jarqonudur...».

«Bir gün biz ayılacağıq ki, bütün ölkə İsmayıllıdır, Qubadır, «Binə»dir. Bütün ölkə olacaq. Onda heç kim bu hadisələri idarə edə bilməyəcək…».

«Onların hər biri dərk edir ki, bu baş verənlər fəlakətdir. Sanki bu fəlakətin qarşısını almaqda gücsüzdürlər. Ona görə ki, sistem pozulub…».

«Bu qarşıdurmanın qarşısını almaq üçün heç bir addımlar atılmır. Əksinə, bu qarşıdurmanı daha da mürəkkəbləşdirirlər. Qəddarlıq və bu qəddarlığın yönündə hakimiyyətdə olanların riyakarlığı. Əli Əhmədov İsmayıllıda deyir ki, burda nə var ki? İki gənc bir-biri ilə dalaşıb. Otel yandırılıb, qoşun yeridilib, Əli Əhmədov gülə-gülə deyir ki, orada nə olub ki? Bu hadisələrə bu cür qeyri-ciddi yanaşmaq olmaz...».

Şərhləri göstər

XS
SM
MD
LG