Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42

Tofiq Yaqublu istintaqa çağırılıb


Yanvarın 29-da Müsavat başqanının müavini Tofiq Yaqublu Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Tofiq Yaqublu AzadlıqRadiosuna deyib ki, onu istintaqa İsmayıllı hadisələrinə görə şahid qismində dəvət ediblər:

«Mən İsmayıllıya «Yeni Müsavat»ın müxbiri kimi getmişdim. Sonda müstəntiq yazılı sual verdi və onu cavablandırmağımı istədi. Sual belə idi: İstintaq materialları ilə sübut olunub ki, siz Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllıda olarkən əhalini iğtişaşlara təhrik etmisiniz, polislərə daş atmağa, maşınların yolunu kəsməyə, yandırmağa təhrik etmisiniz. Mən də dedim ki, ora jurnalist kimi getmişəm, həmin hadisələrə heç bir əlaqəm ola bilməz».

REAL hərəkatının sədri İlqar Məmmədov istintaqa çağırılmadığını bildirdi. «Bir sıra media orqanlarından mənə zəng vurublar. Ancaq mən istintaqa çağırılmamışam».

Günün bütün mövzuları

XS
SM
MD
LG