Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:15

Növbəti iki gündə hava yağıntılı olacaq


Azərbaycan ərazisində yanvarın 30 və 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bölgələrdə havanın yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, həmin müddətdə ayrı-ayrı rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var.

Bakı və Abşeron yarımadasında yanvarın 30-da gecə və səhər havanın az yağıntılı olacağı, 31-də havanın arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Yanvarın 30-da havanın temperaturu gündüz 4-7, yanvarın 31-də 3-5 dərəcə isti olacaq.

Azərbaycanın Aran rayonlarında yanvarın 30-da gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yanvarın 31-də Aran rayonlarında gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda 0-5 dərəcə isti gözlənilir.
XS
SM
MD
LG