Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19
-

«The Daily Telegraph» qəzetində dərc olunmuş fotolarda gözləri bağlı bir nəfərin barmaqlarının amputasiya edilməsi əks olunub.

İranın İSNA agentliyi bu adamın Şiraz şəhərində oğurluğa və nigahdankənar cinsi əlaqəyə görə məhkum edildiyini bildirib.

Şəkillərdə başdan ayağa qara geyinmiş 3 nəfər hökm icraçısı diqqət çəkir. Onlardan ikisi məhkumun qollarını tutur, üçüncüsü barmaq gilyotinini işə salır.

Diqqətə yetirilən fotolarda məhkumun ağrı duymasının hiss olunmamasını «The Daily Telegraph» cəzadan öncə keyidicilərdən yararlanılması ilə izah edir.

SEÇKİ TEXNOLOGİYASI

İctimaiyyət önündə verilən bu cəzadan sonra Şiraz əyalətinin prokuroru Ali Alghasi indən belə cinayətkarları daha sərt cəzaların gözlədiyini deyib.

Müşahidəçilər onun gözlənilməz və bir az da yersiz bəyanatını hökumətin iyun seçkilərindən əvvəl adamların gözünü qorxutmaq cəhdi kimi qiymətləndirirlər.
İranda ictimaiyyətin iştirakı ilə işgəncə, şallaqlama, daşqalaq edilmə kimi cəzalar qanunla nəzərdə tutulub.

Amnesty International-ın fəalı

Amnesty International-ın fəalı

Bu ayın əvvəllərində Amnesty International 21 yaşlı Ali Naderi-nin edamını qətiyyətlə pisləmişdi.

Naderi 17 yaşında olarkən, oğurluq üçün girdiyi evdə yaşlı qadını öldürmüşdü.
Beynəlxalq qanunlar yetkinlik yaşına çatmayan adama törətdiyi cinayətə görə edam cəzası kəsilməsini yolverilməz sayır.

BMT-YƏ ACIQ VERƏN MEYMUN

«The Daily Telegraph» qəzetinin həmin sayında «İran səmaya meymun göndərib» başlıqlı xəbər də dərc olunub.

Qəzetin məlumatına görə, İranın ərəbdilli «əl-Aləm» telekanalı və başqa media orqanları 120 kilometrlik orbitaltı uçuşa göndərilmiş meymunun sağ-salamat qayıtmasının muştuluğunu veriblər.

İran dövlət televiziyası orbitdən bir qarış aşağıya səfər etmiş meymunun videogörüntülərini yox, fotolarını göstərib. Elə bu üzdən Qərb mediası İrana dair xəbərə «deyəsən» sözünü də artırıb.

MEYMUN NƏ XƏBƏRLƏ QAYIDIB?

Kosmosa meymun göndərilməsi kadrı

Kosmosa meymun göndərilməsi kadrı

2011-ci ildə İranın kosmosa meymun göndərmək cəhdi uğursuzluqla bitmişdi.

BMT Təhlükəsizlik Şurası İrana nüvə və kosmik texnologiya proqramlarını hələ 2007-ci ildə yasaqlayıb.

Maraqlıdır ki, ötən əsrin 50-ci illərində kosmosa it göndərən ruslardan, 60-cı illərdə Aya ayaq basan amerikalılardan sonra Tehran hansı kosmik fəzanı fəth etmək istəyir?
Qərb İranın bənzər texnologiyalardan nüvə silahlarını işlətmək üçün yararlanacağından rahatsızdır.

Öz növbəsində İran iddia edir ki, ona peyk texnologiyaları seysmik baxımdan fəal olan ərazisində gələcək zəlzələləri proqnozlaşdırmaq üçün lazımdır.

Bax bu baxımdan meymunun uçuşdan hansı xəbərlə qayıtdığı bəlli deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG