Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:23

«Heykəli bircə kənddə, nüfuzu məmləkətdə»


Mətbuat icmalı
Mətbuat icmalı
-

«HEYKƏLİ BİRCƏ KƏNDDƏ, NÜFUZU MƏMLƏKƏTDƏ»

«Yeni Müsavat» qəzeti yazır ki, bir qrup gənc ADR-in qurucusu Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini bu şüarla ziyarət edib. Gənclər deyib ki, «Rəsulzadə 95 il bundan öncə yoxdan bir dövlət yaratdı. Bu dövlət Azərbaycan xalqının demokratiya sevgisini və demokratik idarəçilik mədəniyyətini göstərib. Amma bu gün bəziləri bu xalqın demokratiyaya hazır olmadığını deyir. Necə olur 95 il bundan öncə Demokratik Cümhuriyyət yaradan bir xalq bu gün demokratiyaya hazır deyil?».

«MÜSAVATLA - AXCP ARASINDA SOYUQ MÜHARİBƏ GENİŞLƏNİR»

«Azərbaycan» qəzeti yazır ki, «günlər bir-birini əvəzlədikcə, Müsavat və AXCP rəhbərləri arasındakı «soyuq müharibə» daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Çünki həm İsa Qəmbər, həm Əli Kərimli prezidentliyə namizədliyə iddialı olduqlarından heç birinin geri çəkilmək fikri yoxdur. «İctimai Palata» adlanan qurum müəyyən müddət ərzində iki partiya və onların rəhbərləri arasındakı münaqişəni pərdələdi. Amma artıq həmin qondarma ortaqlıqdan əsər-əlamət qalmayıb. Destruktiv müxalifət düşərgəsində birləşmə təklifləri həmişə onların bəzi rəhbərlərinin subyektiv mülahizələrindən və ya şəxsi istəklərindən irəli gəlib».

«ƏRƏB ÜSYANLARI, İRAN İNQİLABI DA BELƏ BAŞLAMIŞDI»

«Azadlıq» qəzeti Belçikanın Hent Universitetində çalışan avropalı analitik Bruno De Kordyenin İsmayıllı hadisələri ilə bağlı şərhini dərc edib. Analitik deyir ki, «İsmayıllıda, bundan əvvəl Qubada üsyan edənlərin qəzəbinin əsas hissəsi dəbdəbəli ciplərə, otelə, malikanələrə yönəlib. Bütün bunlar müəyyən sistemin simvoludur, nəinki maddi obyektlər... Və bütün bunlar adamların yaşamağa məcbur olduğu gündəlik reallıqla ziddiyyət təşkil edir».

Qəzet qeyd edir ki, Bakıya gələn əcnəbilərin bir çoxu yalnız çevik inkişafı, mərkəzdə və sahil boyunca dəbdəbəli butiklərin, kafelərin inşasını görürlər, narazılıqların səbəblərini anlamır.

«Quba və İsmayıllı iğtişaşlarını «xuliqanlıq» və ya «kənardan təsir» kimi izah etmək çox asandır. Belə danışanlar adamların düşdüyü vəziyyəti və müəyyən məqamda onların təhqirləri və özbaşınalığı qəbul etməməsini sadəcə qiymətləndirmir. Ərəb regionunda üsyanlar belə baş verdi. İran inqilabı da belə başladı».

ETİRAZ AKSİYASININ İŞTİRAKÇILARI MÜXALİFƏT PARTİYALARI RƏHBƏRLƏRİNİN QOHUMLARI OLUB

YAP icra katibinin müavini Siyavuş Novruzovun bu fikirlərini «Yeni Azərbaycan» qəzeti dərc edib. «S. Novruzov bildirib ki, bu cür əməllərlə müxalifət düşərgəsi özünü yenə də biabır edir. Onun sözlərinə görə, orada cəmləşən azsaylı adamlar müxalifət partiyalarının rəhbərlərinin ailə üzvləri və yaxın qohumları olublar.

«Onlar bəzi qəzetlərdə yazırlar ki, guya «möhtəşəm aksiya» keçiriblər. Mən həmin hadisələri müşahidə elədim və orada heç bir «möhtəşəmlik» görmədim. Möhtəşəm aksiya bu olar ki, həmin tədbirdə minlərlə adam iştirak etsin. Amma şənbə günü biz cəmi 20-30 nəfər uşağın və uşaq xasiyyətində adamların küçələrdə ora-bura qaçdığını müşahidə etdik. Bunun da adını aksiya qoymaq istəyirlər. Əslində, bu adamlar da bir neçə radikal müxalifət partiyasının rəhbərlərinin ailə üzvləri, yaxın qohumları olublar. Yəni onlar bir ailə tədbiri keçiriblər», deyə, YAP İcra katibinin müavini vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG