Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:09

ARDNŞ Mirzə Fətəlinin Tbilisidəki Ev Muzeyini təmir etdirib, amma…


Mirzə Fətəli Axundzadənin Tbilisidəki Ev Muzeyi. Foto: APA

Mirzə Fətəli Axundzadənin Tbilisidəki Ev Muzeyi. Foto: APA

-
Mirzə Fətəli Axundzadənin Gürcüstan paytaxtındakı Ev Muzeyində təmir-bərpa işləri başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təmir-bərpa işləri ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə aparılıb.

YAXIN GÜNLƏRDƏ MUZEYİN AÇILIŞI OLACAQ

ARDNŞ-in rəsmi nümayəndəsi Şövqi Mehdizadə bildirib ki, yaxın günlərdə bərpa edilmiş muzeyin açılışı keçiriləcək:

«Mirzə Fətəli Axundzadə ömrünün 44 ilini Tiflisə həsr edib. Onun Tiflis mühiti ilə əlaqəsi ömrünün gənc çağlarından başlayıb. ARDNŞ-in Gürcüstan nümayəndəliyinin bu böyük insanın ev muzeyini milli ornamentlərlə bəzədilərək daha gözəl və yaraşıqlı şəkildə bərpa etməkdə məqsədi gələcək nəsillərə babalarımızın mirasını olduğu kimi çatdırmaqdır».

MİRZƏ FƏTƏLİNİN EVİ ÜÇMƏRTƏBƏLİ OLACAQ

Ev muzeyin təmirinə 2010-cu ildən başlanmışdı.

ARDNŞ rəsmilərindən biri mediaya açıqlamasında Mirzə Fətəlinin ikimərtəbəli evini üçmərtəbəli edəcəklərini də söyləmişdi.

EVİN BİRİNCİ MƏRTƏBƏSİNDƏ RESTORAN?

O bildirmişdi ki, yeni təmir edilmiş ev-muzeydə həm rəsm qalereyası olacaq, həm də burada xalq sənəti – xalçaçılıq inkişaf etdiriləcək, dərnəklər açılacaq. Burada Azərbaycanın turizm mədəniyyətini təbliğ edən bir qurum da fəaliyyət göstərəcək. Evin aşağı mərtəbəsində Azərbaycan milli xörəklərini nümayiş etdirən bir restoranın da (!) açılması nəzərdə tutulur.

ŞƏKİLDƏ BİNA ÜÇMƏRTƏBƏLİDİR…

Bu gün çıxan xəbərdə ev muzeyindən necə istifadə ediləcəyi barədə məlumat verilməyib.

Ancaq şəkildə binanın üçmərtəbəli olması diqqət çəkir.

Mövzunu gündəmdə saxlayacağıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG