Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:10

«Eurovision-2013»ün ancaq bir aparıcısı olacaq


Petra Mede
Petra Mede
-

«Eurovision-2013»ün finalının ancaq bir aparıcısı olacaq. İsveçdə keçiriləcək mahnı müsabiqəsinin səhnə təqdimatı 42 yaşlı Petra Mede-yə həvalə olunur. Müsabiqə təşkilatçılarının bu qərarı Stokholmda keçirilən mətbuat konfransında açıqlanıb.

- «İstədik ki, müsabiqəni ancaq bir nəfər aparsın, ona görə də çoxprofilli və bacarıqlı bir şəxsi seçdik», deyə «Eurovision» müsabiqəsinin rejissoru Christer Björkman canlı yayımlanan mətbuat konfransında bildirib.

Petra Mede-nin fəaliyyət dairəsi həqiqətən də genişdir. İsveç mətbuatı onu yazıçı, proqram aparıcısı, rəqqasə, komediya ustası kimi təqdim edir.

Mətbuat konfransında iştirak edən Mede elan edib ki, tamaşaçılara gülüş və sürprizlər təklif edəcək.

- «Bu, yumor tamaşası olmasa da, istərdim ki, bu tədbirə yumoristik çalar verərək, onu hamının başa düşəcəyi tərzdə təqdim edim», Mede əlavə edib.

«Eurovision-2013» finalının mayın 18-də İsveçin Malmö şəhərində keçirilməsi nəzərdə tutulur. Petra Mede müsabiqənin 2 yarımfinalının və finalının aparıcısı olacaq. 18 ildə ilk dəfədir ki, «Eurovision» səhnəsinə aparıcı kimi ancaq bir şəxs çıxır.

Azərbaycanı bu ilki yarışmada təmsil edəcək müğənninin adı mart ayında müəyyənləşəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG