Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:58

Ramil Usubov hesabat verir


Yanvarın 28-də Daxili İşlər Nazirliyində ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. İclasda daxili işlər naziri Ramil Usubov hesabatla çıxış edib.

O deyib ki, Azərbaycanda 2012-ci ildə əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 266-dan 236-ya enib.

«649 ağır cinayət törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilib».

Ramil Usubov deyib ki, insan alveri ilə bağlı 89 cinayət faktı müəyyən olunub. 22 nəfər məsuliyyətə cəlb edilib, 8 cinayətkar qrup zərərsizləşdirilib. Bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə re-inteqrasiya olunub.

Nazir şikayətlərin sayının 2011-ci illə müqayisədə 2.5 dəfə azaldığını deyib.

Ramil Usubovun dediyinə görə, insan hüquq və azadlıqlarının pozulması halları 2011-ci illə müqayisədə əsasən sabit qalıb, paytaxtda isə 33.6% azalıb:

«Eyni zamanda, əsassız saxlamalar 19%, əsassız gətirmələr 16% az olub. İşgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG