Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:09

Ramil Usubov: «İşgəncə vermə, qanunsuz axtarış aparma qeydə alınmayıb»


Ramil Usubov

Ramil Usubov

-
Yanvarın 28-də Daxili İşlər Nazirliyində ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. İclasda daxili işlər naziri Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib.

O deyib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 266-dan 236-ya enib.

Nazir mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin sistemli xarakter daşıdığını deyib:

«649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilib».

İNSAN ALVERİ

Ramil Usubov deyib ki, insan alveri ilə bağlı 89 cinayət faktı müəyyən olunub. 22 nəfər məsuliyyətə cəlb edilib, 8 cinayətkar qrup zərərsizləşdirilib. Bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə re-inteqrasiya olunub.

«İŞGƏNCƏ QEYDƏ ALINMAYIB»

Nazir hesabat dövründə şikayətlərin sayının 2011-ci illə müqayisədə 2.5 dəfə azaldığını deyib. O, polis əməkdaşlarından olan şikayətlərin 26 faiz azaldığını da vurğulayıb.

Ramil Usubovun dediyinə görə, insan hüquq və azadlıqlarının pozulması halları 2011-ci illə müqayisədə əsasən sabit qalıb, paytaxtda isə 33.6% azalıb:

«Eyni zamanda, əsassız saxlamalar 19%, əsassız gətirmələr 16% az olub. İşgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb».

Ramil Usubov bildirib ki, 2012-ci ildə nazirlik orqan və hissələrdə qanunçuluğun qorunması, o cümlədən insan hüquq və azadlıqlarına ciddi riayət olunmasını nəzarətdə saxlayıb:

«Daxili nəzarət qaydasında həyata keçirilən davamlı tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 70, sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 fakt aşkarlanıb. 255 əməkdaş barəsində ciddi intizam tədbirləri görülüb, nəticədə polis əməkdaşlarından şikayətlərin sayı 26% azalıb».

Nazir deyib ki, korrupsiya hüquqpozmaları ilə bağlı şəxsi heyət arasında aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 81 əməkdaşdan 51-i xidmətdən xaric edilib. 24-ü tutduğu vəzifədən azad olunub, 6-sı barədə digər intizam tənbehləri tətbiq edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG