Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

Azərbaycan Əfqanıstana yardımı artırmağı planlaşdırır


Azərbaycan Əfqanıstana narkotiklərlə və qiyamçılarla mübarizə üçün yardımını artırmağı planlaşdırır. Əfqan infrastrukturunun qurulması üçün də yardım təklif olunacaq.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanda mətbuat konfransında bildirib. Xəbəri bu ölkənin «The Frontier Post» portalı yayıb.

Bu yaxınlarda Əfqanıstan Azərbaycanda səfirlik açıb.

Bu ölkənin xarici işlər naziri Jawed Ludin bildirib ki, bu, siyasi münasibətləri gücləndirmək məqsədilə edilib. Nazirlik bildirir ki, Azərbaycan son illər ölkənin təhlükəsizlik sektoruna 2 milyon dollar ayırıb.
XS
SM
MD
LG