Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:47

Bakıdakı son aksiyanın nəticələri: Həbslər və cərimələr. [Video]


26 yanvar aksiyasında cərimələnənlərdən Turqut Qəmbər, Gözəl Bayramlı və vəkil Anar Qasımlı bu haqda danışırlar.

-


Turqut Qəmbər:

«Hakimiyyət gördü ki, biz bunlarla məzələnirik. Biz demək istəyirik ki, bunların hakimiyyəti də 5 qəpiklikdir, bunların məhkəməsinin çıxardığı qərar da 5 qəpiklikdir. Gördülər ki, belə olmur. Budəfəki aksiyada dedilər ki, gəlin, bu dəfə təşkilatçılığı kimlərinsə boynuna qoyaq. Təşkilatçılığı bu dəfə mənim və mənimlə bir yerdə saxlanan Emin Millinin boynuna qoydular. Müvafiq protokol tərtib olundu. 15-20 dəqiqə davam edən məhkəmə prosesində hakim qət etdi ki, biz bu aksiyanın təşkilatçısı olaraq inzibati xətaya yol vermişik. Emin Milliyə 15 sutka, mənə isə 2500 AZN cərimə kəsildi. Bəlkə paltoma, ayaqqabıma baxıb, düşünüblər ki, bahalıdır. Fikirləşiblər ki, bəlkə mənim pulum var. Yəni, hansı kriteriyaya görə bu cəriməni kəsdiklərini bilmirəm. Heç bir əsası yoxdur. Ötən aksiyada mənə 500 AZN cərimə kəsdilər. İndi ümumilikdə mənim şanlı hakimiyyətə 3000 AZN borcum var. Amma bu cərimələri ödəmək fikrim yoxdur...».

Gözəl Bayramlı:

«Xalqın iradəsi ilə deyil, bir nəfərin diktəsi ilə, siyahısı ilə formalaşdırılan saxta parlamentin qəbul etdiyi qanunla bizə tətbiq olunan cərimənin ödənilməsindən söhbət gedə bilməz. Bu qanun ümumiyyətlə Konstitusiyaya ziddirsə, bunu saxta parlament qəbul edibsə, bu qanuna istinadən sifarişli məhkəmə bu cərimələri tətbiq edibsə, mən bu qərarı qəbul etmirəm. Ümumiyyətlə, bu cəriməni ödəmək fikrim yoxdur və bu qərarımda da israrlıyam. Sona qədər də mübarizə aparacam. Bütün dünyanın diqqətini bu hakimiyyətin cərimə oyununa yönəltmək fikrim var. Nəyə görə bizə saxta ittiham əsasında tətbiq olunan cəriməni biz ödəməliyik? Hakimiyyət özü də bilir ki, insanların çoxu işsizdir, tələbədir, yəni bu absurda söykənən bir qərardır. Hakimiyyət də bilir ki, bu cərimələri ödəmək mümkün deyil. Sadəcə, cəmiyyətin gözünü qorxutmaq istəyirlər. Amma bundan da biz öz mübarizəmiz üçün istifadə edib, dünyanın diqqətini Azərbaycana yönəldəcəyik...».

Anar Qasımlı:

«1-2 nəfərə bu cərimələr təsir göstərə bilər. Amma «5 qəpik aksiyası» - bundan sonra 3 qəpik, 1 qəpik aksiyası da ola bilər - onu göstərir ki, əslində bu qərarlar bir həmrəylik yaratdı. Cəriməni ödəyə bilməyəcəyinə görə ehtiyat edən hər bir vətəndaş bilir ki, sabah o cərimələnsə, onu darda qoymayacaqlar, köməkləşib bu cəriməni ödəyəcəklər. Ona görə də, bu göz qorxutmaq metodu da alınmadı. 12 yanvar aksiyasında hakimiyyətin qarşısında Avropa Şurasının Parlament Assambleyasında qətnamələrin müzakirələri dayanırdı. Həmin aksiyaya bu amil çox ciddi təsir etdi. Amma 26 yanvarda hakimiyyət AŞPA-da Strasser üzərindəki qələbəsini öz ənənəvi metodları ilə bayram etdi. Öz ənənəvi polis zopası və dəyənəkləri ilə...».

Şərhləri göstər

XS
SM
MD
LG