Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:03

Ovçuluq və silah saxlanması üçün rüsumlar və cərimələr


-


Ovçuluq və silah saxlanması üçün lazım olan bütün dövlət rüsumları və mümkün cərimələrin məbləğini, eləcə də mülki silah əldə etmək üçün tələb olunan lisenziyanı almağa lazım olan sənədlərin siyahısını əlavə etmişik.

Sənədlərin siyahısı, mümkün cərimələrin məbləği ilə solda, dövlət rüsumları ilə sağda tanış ola bilərsən.


MÜLKİ SİLAH ƏLDƏ ETMƏYƏ TƏLƏB OLUNAN LİSENZİYA ÜÇÜN ÖDƏNİŞLƏR VƏ SƏNƏDLƏR

Ərizə
Şəxsiyyət vəsiqəsi;
Sağlamlıq haqqında tibbi arayış;
3x4 sm ölçüdə iki ədəd fotoşəkil.

Mülki silah əldə etmək üçün lisenziya alarkən tələb onuna bütün sənədlərin siyahısını və ödənişlərin məbləğini BURADAN GÖTÜR.

MÜMKÜN CƏRİMƏLƏR

Maddə 73. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə
fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək miqdarda cərimə edilir


BÜTÜN MÜMKÜN CƏRİMƏLƏRLƏ ƏTRAFLI BURADA TANIŞ OL


DÖVLƏT RÜSUMLARI

Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.
Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:
• Dovşan 2 manat 20 qəpik;
• Çaqqal 3 manat 96 qəpik;
• Yenot və qunduz 1 manat 65 qəpik;
• Təkə 24 manat 75 qəpik;
• Qaban (çöl donuzu) 16 manat 50 qəpik.

Maddə 18. ...icazələrin bəzi növlərinin verilməsi üçün dövlət rüsumunun dərəcələri

ŞİKAYƏT ÜÇÜN ÜNVANLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

Qaynar Xətt: 161
Tel: (994 12) 492 04 65
Email: office@commission-anticorruption.gov.az

​Korrupsiya və rüşvətdən şikayətlər üçün başqa ünvanlar.
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği

18.55. Odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə:

18.55.1. ilkin qeydiyyata görə
10 manat

18.55.2. təkrar qeydiyyata görə
5 manat

18.56. Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə:

18.56.1. ilkin qeydiyyata görə
10 manat

18.56.2. təkrar qeydiyyata görə
5 manat

Ovçuluq və silah saxlanması ilə bağlı bütün rüsumlar burada.

Rüsumları çap edə bilərsən.
XS
SM
MD
LG