Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:07

Medvedev: “Rusiyalı uşaqların övladlığa verilməsini qadağan edən qanun ABŞ-a cavab deyil"


Dmitry Medvedev

Dmitry Medvedev

“Rusiyalı uşaqların amerikalılara övladlğa verilməsini qadağan edən qanun ABŞ-ın “Magnitsky aktı” na siyasi cavab yox, rusiyalıların diqqətini kimsəsiz uşaqlara yönəltməyə cəhd deməkdir”.

Bunu Rusiyanın baş naziri Dimitri Medvedev CNN-ə müsahibəsində deyib.

Medvedev hesab edir ki, ayrı-ayrı vətəndaşların ölkəni tərk etməsi ilə bağlı qərar ictimai şəkildə həyata keçirilməyə də bilər, onu ictimai aksiyaya döndərmək isə, məhkəməsiz mühakimə deməkdir.

O hüquqşünas Sergey Magnitskynin istintaq təcridxanasında ölümünün həddən artəq siyasiləşdirildiyini deyir.
Medvedevin sözlərinə görə, Magnitsky heç vaxt korrupsiya ilə mübarizə aparmayıb və onun ölümü hərtərəfli araşdırılmalıdır.

ABŞ-ın bundan əvvəl Rusiyaya qarşı qəbul etdiyi «Magnitsky aktı»nda isə Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar nəzərdə tutulur.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.

Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG