Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

Braziliyada gecə klubunda baş vermiş yanğında 200-ə yaxın adam ölüb


Braziliyanın cənubundakı gecə klublarından birində baş vermiş yanğın nəticəsində 200-ə yaxın adam ölüb, onlarla adam xəsarət alıb.

Faciə Santa-Mariya rayonunda baş verib.

Yerli mətbuatın yazdığına görə, yanğına pirotexnikadan istifadə səbəb olub.
Zalda caxnaşma və basa-bas yaranıb.

Hakim dairələr ölü sayının artacağını istisna eləmir.

Hadisə vaxtı klubda 2 minə yaxın adam olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG